"BoJ" geniş imkanlarından istifadə etməyə davam edir

31 İyul 2018

Yaponiya Mərkəzi Bankı iki faizlik inflyasiya hədəfinə çatmaq üçün yumşaq pul-kredit siyasətinə davam etməklə yanaşı, siyasətini daha çevik təşkil edib.

"BoJ" geniş imkanlarından istifadə etməyə davam edir

Yaponiya Mərkəzi Bankı (ing.: "BoJ") çərşənbə axşamı uçot faiz dərəcəsinin 0.1% səviyyəsində saxlanıldığını açıqlayıb. Uzun müddətli faizlərin nəzarətdə saxlanılması üçün 10 illik dövlət istiqrazlarının faizləri də dəyişdirilməyərək, sıfır faiz səviyyəsində saxlanılıb. 


Lakin artıq bank 10 illik istiqraz faizlərinin hədəf faizlər ətrafında dalğalanmasına icazə verib. Bunun səbəbi isə maliyyə bazarlarında ümumi faizlərin artmasının mərkəzi bankının da hədəf faizləri saxlamaqda yükünün artmasına təsir etməsi ilə əlaqədardır. Keçmiş həftələr ərzində 10 illik istiqrazların faizləri "BoJ"-nin 0.1%-lik hədəf gəlirliyinin üzərinə qalxmışdır. Bundan sonra bank bir neçə dəfə bazara müdaxilə etmişdir. 


Yaponiya maliyyə bazarlarında dövlət istiqrazlarının gəlirliliyi bankın açıqlamalarından sonra azalmağa başladı. Belə ki, 10 illik dövlət istiqrazlarının faizləri 0.05%-ə düşüb. Bu, zəif görünsə də, bank tərəfindən güclü nəzarət altında alınan istiqraz bazarı üçün böyükdür. Yaponiya yenində də güclü dalğalanma müşahidə edilsə də dəqiq istiqamət yoxdur. 


Digər bir əlavə isə bankın faiz haqqında vədidir. Bank qısa və uzun müddətli faizləri uzun müddət saxlamağı planlaşdırır. Oxşar vədlər başqa mərkəzi banklar tərəfindən də səsləndirilir. Məqsəd faiz gözləntilərini və cari faizlərin nəzarətdə saxlamaqla sıfır səviyyəsində qorumaqdır. 


Bununla yanaşı, Yaponiya Bankı kommersiya banklarının mərkəzi bankda saxladıqları əmanətlərə görə ödədikləri faizlər azaldılıb. Bu siyasətlə kommersiya bankları pullarını passiv saxlamaq əvəzinə kredit dövriyyəsinə yönəldilsə də, digər tərəfdən onlara qarşı təzyiqləri də artırır. Yaponiya Bankının "ETF"-ləri almağa başladığı proqramında da dəyişiklik edib. "ETF"-lər birjalarda ticarət edilən fondhissələridir və çox vaxt birja indeklərinə istinad edilirlər. 


Yaponiyanın birinci bankı 2018 və 2020-ci illər üzrə inflyasiya gözləntilərini də azaldıb. Bu isə bankın iki faizlik inflyasiya hədəfinə planlaşdırdığı vaxtda çatacağı fonunda şüphələri artırır. Yaponiyada illərdir müşahidə edilən aşağı inflyasiya iqtisadi inkişafı dayandırır və "BoJ"-nın yumşaq monetar siyasətinin əsas səbəbidir.