"BoJ" yumşaq monetar siyasətində qalmaqda

25 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən Yaponiya mərkəzi bankının uçot faiz dərəcəsində proqnozlaşdırıldığı kimi dəyişiklik olmadı.

"BoJ" yumşaq monetar siyasətində qalmaqda

Yaponiya mərkəzi bankı (ing.: "BoJ") ölkədə inflyasiyanın aşağı olması səbəbilə yumşaq monetar siyasətinə davam etməkdədir. Bankın cümə axşamı iki günlük müzakirələrdən sonra açıqladığı qərarına əsasən, uçot faiz dərəcəsi mənfi 0.1%-də qala bilər və beləliklə, kommersiya bankları pulsuz pul əldə edə bilir, istehlakçılar və investisiyalar üçün kredit ucuz qalır. Maliyyə bazarlarında da analitiklər uçot faiz dərəcəsində dəyişiklik gözləmirdilər. "BoJ" 2016-ci ilin yanvar ayında uçot faiz dərəcəsini (+0.10%)-dən (-0.10%)-ə endirmişdi. 


"Forward Guidance"-ə də tarix əlavə edilib. Yeni tarixə əsasən, uçot faiz dərəcəsinin ən azı 2020-ci ilin yaz aylarına kimi cari səviyyələrdə saxlanılması planlaşdırılır. Bununla da mərkəzi bank maliyyə bazarlarına iqtisadiyyata dəstəklərini davam etdirəcəkləri siqnalını verirlər. 


Bankın açıqlamasına əsasən, iki faizlik hədəfə çatmaq üçün vaxta ehtiyac vardır. Bununla yanaşı, cari orta inkişaf səviyyəsinin qorunacağı proqnozlaşdırılır. Lakin dünyanın üçüncü böyük Yaponiya iqtisadiyyatında, xüsusilə Amerika fonunda qeyri-müəyyənliklər də mövcuddur. 


Yumşaq pul-kredit siyasətinin dəstəyinə baxmayaraq, inflyasiyanın zəif artacağı və hədəfə 2022-ci ilin mart ayında çatıla biləcəyi proqnozlaşdırılır. 


İqtisadi inkişaf proqnozları da azaldılıb. Belə ki, bu il üzrə proqnozlar sonuncu dəfə 1.4%-dən 0.9%-ə kimi salındıqdan sonra yenidən 0.8%-ə kimi azaldılıb. Lakin gələcək iki ildə ÜDM-də artım dinamikasının müvafiq surətdə 0.9 və 1.2%-ə kimi güclənəcəyi ehtimal edilir.