Boris Consonun partiyası parlamentdə üstünlüyü aldı

13 Dekabr 2019

650 səsdən 550 səsin sayılması nəticəsində mühafizəkarlar partiyası 327 səs toplayıb.

Boris Consonun partiyası parlamentdə üstünlüyü aldı

İngiltərə parlamentinin aşağı palatasında keçirilən növbədən kənar seçkilər fonunda Bakı vaxtı ilə saat 09:09 üzrə yayımlanan nəticələrə əsasən, mühafizəkarlar partiyasının tərəfdarları artıq tələb olunan səs çoxluğunu (326 səs) toplayıblar. 

Belə ki, bu saata kimi 650 səsdən 550 səs (84%) sayılıb və Mühafizəkarlar Partiyası 328 səs toplayıb. 

İkinci yerdə İşçilər partiyası ("Labour") 197, üçüncü yerdə isə Şotlandiyanın Milli Partiyası 45 səs toplayıblar. Şotlandiyanın Milli Partiyasının sədri Nikola Şturqeon bir gün öncə xalqı üçün ikinci refendum üçün mübazirə aparacaqlarını. Partiya Avropa yönümlüdür. 

Beləliklə, Mühafizəkarlar partiyasınən sədri Boris Conson Avropa Birliyi ilə razılaşdırdığı Brexit müqaviləsini başqa bir partiyanın dəstəyinə gərək qalmadan 650 üzvlü İcmalar Palatasından keçirə biləcək və İngiltərə 31 Yanvar 2020-də Avropa Birliyindən çıxmış olacaq.

Qeyd etmək lazımdır ki, baş nazir tək başına iqtidara gəlməsi vəziyyətində ilk işinin Brexit razılaşmasını parlamentə gətirmək olacağını söyləyirdi.