Boris Consun Breksit ödənişinə qarşıdır

10 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında AB ilə İngiltərə höküməti arasında Breksit fonunda gərginliyi artıra biləcək açıqlamalar risklərin artmasına təsir etməkdədir.

Boris Consun Breksit ödənişinə qarşıdır

İngiltərənin baş nazirliyi vəzifəsinə seçilməsi yüksək ehtimal edilən Boris Conson Avropa birliyini Breksit üçün razılaşdırılan ödənişin dayandırılması ilə təhdid edib. Bazar günü "Sunday Times" agentliyinə açıqlamasında Brüssel tərəfindən tələb olunan 44 milyard avronun, yaxşı şərtlər razılaşdırılmadığı və prosesə aydınlıq gətirilmədiyi təqdirdə ödənilməyəcəyini deyib.