Böyük Britaniya Breksitin təxirə salınmasına səs verdi

15 Mart 2019

Cümə axşamı Böyük Britaniya parlamentində keçirilən səsvermədə deputatlar AB-dən ayrılmaq müddətinin uzadılmasına səsveriblər.

Böyük Britaniya Breksitin təxirə salınmasına səs verdi

Planlaşdırılan Breksitə iki həftə qalmış Böyük Britaniya parlamenti tarixin uzadılması qərarını qəbul edib. Belə ki, cümə axşamı deputatların 412-si leyhinə, 202 nəfər isə əleyhinə səs verib. 


Baş nazir tereza Meyin istəyinə əsasən, Breksit mart ayının 29-da yox, iyun ayının 30-da baş versin. Lakin tarixin daha uzun müddətliyinə təxirə salınması mümkündür. 


Lakin vaxtın dəyişdirilməsi Avropa Birliyinin 27 üzv dövlətləri ilə razılaşdırılmalıdır. 


Bununla yanaşı, gələn həftə hökümət ilə AB arasında razılaşdırılan Breksit sazişi üçüncü dəfə səsverməyə çıxarılacaqdır. Yanvar ayının 15-ində və bu həftə artıq iki dəfə razılaşma geri çevrilib. 


Qeyd etmək lazımdır ki, aşağı palata çərşənbə günü Böyük Britaniyanın AB-dən sazişsiz ayrılmasını qəbul etməmişdi.