Böyük Britaniya iqtisadiyyatında zəif inkişaf

11 Fevral 2019

Bu gün treyderlər tərəfindən böyük maraqla gözlənilən fundamental məlumatların, proqnozlardan zəif açıqlanması, Böyük Britaniya fonunda riskləri artırıb.

Böyük Britaniya iqtisadiyyatında zəif inkişaf

İngiltərə iqtisadiyyatı 2018-ci ildə 1.3% inkişaf edir. Bu haqda məlumatı İngiltərənin dövlət statistika idarəsi verib. Rəsmi məlumatlara əsasən, İngiltərədə ümumi daxili məhsul 2018-ci ilin dördüncü rübündə rüblük müqayisədə 0.2%, illik müqayisədə isə 1.3% artıb. Bu göstəricilər üçüncü rübdə müvafiq olaraq, 0.6% və 1.6% olmuşdu. 


İqtisadçılar 2018-ci ildə iqtisadi inkişaf dinamikasının yalnız 1.4%-ə kimi azalacağını proqnozlaşdırırdılar. Rüblük isə 0.3%-lik artım gözlənilirdi. Beləliklə, hər iki maddə üzrə göstəricilər zəif açıqlanmışdır. Göstəricilərin proqnozlardan zəif açıqlanması, ölkə iqtisadiyyatında risklərin ehtimal ediləndən yüksək olmasına işarədir.


Qeyd etmək lazımdır ki, ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.