Böyük Britaniya parlamenti işinə başlayır

14 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında AB-nin zirvə toplantısına kimi Breksit sazişinin razılaşdırıla biləcəyi ehtimalları qeyri-müəyyən olaraq qalır.

Böyük Britaniya parlamenti işinə başlayır

Böyük Britaniya parlamenti bazar ertəsi təqribən bir həftəlik tətildən sonra kraliçə II Elizabet tərəfindən təntənəli mərasim ilə yenidən açılacaqdır. Kraliçə Bakı vaxtı ilə saat 16:00-d hökümət başçısı Boris Consonun da hökümət bəyanatını oxuyacaqdır. Gözləntilərə əsasən, bəyanatda Consonun Brüssel ilə planlaşdırdığı Breksit sazişi, polisə, səhiyyəyə və infrastruktua olan investisiyaları öz əksini tapacaqdır. 

Lakin Avropa Birliyinin (AB) cümə axşamı və cümə günü baş tutacaq zirvə toplantısına kimi London ilə Brüssel arasında razılaşmaya nail olunacağı isə məlum deyildir. 

Qeyd etmək lazımdır ki, iki tərəf arasında həftə sonu gərgin müzakirələrə baxmayaraq, müsbət nailiyyət olmayıb. Danışıqların bazar ertəsi də davam etməsi gözlənilir.