Böyük Britaniya sazişsiz Breksitin əleyhinə səs verdi

14 Mart 2019

Çərşənbə günü Böyük Britaniya parlamentində keçirilən səsvermədə deputatlar AB-dən sazişsiz ayrılmağa qarşı olduqlarını ifadə ediblər.

Böyük Britaniya sazişsiz Breksitin əleyhinə səs verdi

Böyük Britaniya parlamenti çərşənbə günü Avropa Birliyindən (AB) sazişsiz ayrılmağın əleyhinə səs verib. 


Bununla yanaşı, İngiltərənin baş naziri Tereza Mey bu gün parlamentdə keçiriləcək Breksit tarixinin təxirə salınması səsverməsini, AB ilə razılaşdırılan sonuncu Breksit razılaşması ilə birləşdirib. 


Belə ki, deputatlar mart ayının 20-sinə kimi sonuncu Breksit razılaşmasını qəbul edərlərsə, Breksitin tarixinin iyun ayının 30-una kimi təxirə salınması mümkün olacaqdır. Bu haqda təklifi hökümət cümə axşamı keçiriləcək səsvermə fonunda açıqlayıb. İki dəfə parlament Meyin AB ilə əldə edilən razılaşmasını qəbul etməyiblər. Bununla da hökümət bir daha razılaşmanın parlamentdən keçirilməsinə çalışır. 


Hökümət açıqlamasında aşağı palatanın razılaşmanı üçüncü dəfə qəbul etməməsi şəraitində, vaxtın uzadılmasına dair AB-nin əsaslı səbəb tələb edəcəyi ehtimalı da vurğulanıb. Breksit tarixinin iyun ayının 30-dan sonraki tarixə kimi uzadılma isə Böyük Britaniyanın may ayının 23-26 tarixləri aralığında keçiriləcək Avropa seçkilərində iştirakını da məcbur edir.