Böyük Britaniyada gəlirlərin artması proqnozlaşdırılır

19 Fevral 2019

Çərşənbə axşamı gözlənilən önəmli fundamental məlumatlar arasında İngiltərənin əmək bazarı ilə bağlı göstəricilər investorların diqqət mərkəzindədir.

Böyük Britaniyada gəlirlərin artması proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyada ortalama gəlir indeksi ilə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. 


Analitiklərin düşüncəsinə görə, bu göstərici 3.4%-dən 3.5%-ə qədər arta bilər. 


Proqnoz öz təsdiqini taparsa, bu funtda artım istiqamətli hərəkətliliyə səbəb ola bilər.