Böyük Britaniyada inflyasiya 1.3%-ə düşdü

15 Yanvar 2020

Böyük Britaniyada inflyasiya sürpriz olaraq azalıb.

Böyük Britaniyada inflyasiya 1.3%-ə düşdü

İngiltərənin statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi noyabrda illik müqayisədə 1.3% artıb. Bu göstərici oktyabrda 1.5% idi və noyabrda da dəyişikliyin olmayacağı proqnozlaşdırılırdı. 

Qeyd etmək lazımdır ki, İngiltərə Mərkəzi Bankı ölkədə dayanıqlı inkişaf üçün 2%-lik inflyasiya hədəfləyir və sonuncu dəfə Breksit fonunda iqtisadiyyatın zərər görəcəyi təqdirdə faiz azaldılmasına gedə biləcəyini və istiqraz alışı proqramını tətbiq edə biləcəyini açıqlamışdı.