Böyük Britaniyada iqtisadiyyat 0.2% daralıb

09 Avqust 2019

İqitisadiyyat ikinci rübdə geriləyib, ikinci rübün son ayında isə emal sənayesi proqnozlaşdırılandan daha sürətlə azalıb. Ticarətdə idxal azalıb.

Böyük Britaniyada iqtisadiyyat 0.2% daralıb

Böyük Britaniyada iqtisadiyyat ikinci rübdə geriləyib, ikinci rübün son ayında - iyun ayında isə emal sənayesi proqnozlaşdırılandan daha sürətlə azalıb, xarici əmtəə ticarəti dövriyyəsində mənfi saldo azalıb. 


İngiltərənin statistika idarəsinin açıqladığı proqnozlara əsasən, ümumi daxili məhsulun (ÜDM) həcmi ikinci rübdə rüblük müqayisədə 0.2% azalaraq, illik artım dinamikası 1.2%-ə düşə bilər. Mütəxəssislər isə göstəricilərin müvafiq olaraq 0.0% və 1.4% dərc ediləcəyini ehtimal edirdilər. 


İkinci rüb üzrə iqtisadi inkişaf göstəricilərin yekun hesablanması sentyabrın sonlarında açıqlanması gözlənilir. ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür. 


Bununıa yanaşı, iyun ayında aylıq müqayisədə sənaye istehsalı 0.1%, emal sənayesi isə 0.2% azalıb. İqtisadçılar isə sənaye istehsalının 0.2%, emal sənayesinin 0.1% azalacağını proqnozlaşdırırdılar. 


Xarici mal ticarət balansında mənfi saldo isə iyun ayında 10.7 milyard funt sterlinqdən 7.01 milyard funt sterlinqə düşüb. Burada 11.8 milyard funt sterlinqə kimi artəm ehtimal edilirdi. Buna səbəb ixrac həcminin artması, idxalın isə artmasıdır.