İngiltərənin ticarət balansında mənfi saldo azala bilər

11 Fevral 2019

Bu gün maliyyə bazarlarında böyük maraqla gözlənilən İngiltərənin xarici ticarətinə dair statistik göstəricilər, funtun bahalaşmasına təsir edə bilər.

İngiltərənin ticarət balansında mənfi saldo azala bilər

Bu gün Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyanın ticarət dövriyyəsi ilə bağlı xəbər gözlənilir. 


Proqnozlara əsasən, ticarət balansının mənfi saldosunda azalma ola bilər.


Keçən ayın 12.02 milyard funtluq kəsirin azalaraq, 12.00 milyarda çatması gözlənilir. Kəsr azalacağı təqdirdə bu, funtun qiymətlərində bahalaşmağa səbəb ola bilər.