Böyük Britaniyadan açıqlanacaq xəbərlər

07 Fevral 2019

Bu gün İngiltərə Mərkəzi Bankı tərəfindən monetar siyasəti ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar investorların diqqət mərkəzində olacaqdır.

Böyük Britaniyadan açıqlanacaq xəbərlər

GBP/USD maliyyə alətində 05.02.2019 tarixindən yaranan üfüqi istiqamətli hərəkətinə bu gün son verilə bilər.


Bakı vaxtı ilə saat 16.00-da açıqlanacaq faiz qərarı, Böyük Britaniya Mərkəzi Bankının “QE” proqramı, “MPC” toplantı protokolu, Böyük Britaniya Mərkəzi Bankının inflyasiya hesabatı və “MPC”-də faizlərin dəyişdirilməməsinin tərəfdarları ilə bağlı xəbərlər, bazar iştirakçılarının diqqət mərkəzindədir.


Açıqlamaların Böyük Britanıya funtuna müsbət təsir edə biləcəyihalda qiymətlərin yenidən 1.30 hədəfinin üzərində möhkəmlənəcəyinin şahidi ola bilərik. Əəks halda, 1.2895 hədəfi qırılarsa, 1.27 hədəfinə qədər eniş edə bilər.