Böyük Britaniyadan inflyasiya diqqət mərkəzində

13 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün günün ikinci yarısında açıqlanacaq önəmli məlumatlar arasında İngiltərənin inflyasiya göstəriciləri də vardır.

Böyük Britaniyadan inflyasiya diqqət mərkəzində

Bakı vaxtı ilə saat 13.30-da Böyük Britaniyadan açıqlanacaq inflyasiya göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzindədir.

Qeyd edək ki, istehlakçı qiymətləri indeksi (İQİ) mal və xidmət qiymətlərinin dəyişməsini ölçür. Göstərici satınalma tendensiyalarının və inflyasiyanın ölçülməsi üçün də önəmli hesab edilir.


Gözlənildikdən daha yüksək göstəricilər GBP istiqamətinə müsbət, aşağı göstəricilər isə mənfi təsir edə bilər.