Böyük Britaniyadan müsbət əmək bazarı göstəricisi

18 Fevral 2020

Böyük Britaniyanın əmək bazarında işsizlərin sayında artım proqnozlaşdırılandan az olub.

Böyük Britaniyadan müsbət əmək bazarı göstəricisi

İngiltərənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, dekabrda işsizlik 3.8%, yanvar ayında isə işsizlik müavinətlərinin sayında 5.5 min artım olub. 

Mütəxəssislər işsizlik səviyyəsində 3.8%-lik işsizlik səviyyəsinin dəyişməyəcəyini, işsizlərin sayında isə aylıq artımın dekabrın 2.6 min nəfərlik artımdan 22.6 min nəfərə yüksələcəyini proqnozlaşdırırdılar. 

Bununla yanaşı, əmək haqlarında illik artım dinamikası dekabrda 3.2%-dən 2.9%-ə düşüb və burada isə iqtisadçılar dinamikanın 3%-ə düşəcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, proqnozlaşdırılandan yaxşı göstəricinin açıqlanması, gələcək aylarda müsbət rəqəmlərin (işsizlik, əmək haqları və inflyasiya) açıqlanacağını ehtimal etməyə əsas verir.