Böyük Britaniyanın tikinti sektoru zəifləməkdədir

04 Fevral 2019

AB ilə İngiltərə arasında Breksit danışıqlarının sərt şəkildə davam etməsi, siyasi riskləri artırmaqla, tikinti sektorunda da aktivliyi zəiflədir.

Böyük Britaniyanın tikinti sektoru zəifləməkdədir

Ingiltərənin tikinti sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") yanvar ayında azalaraq, 50.6 punkt ilə son on ayın ən aşağı səviyyəsinə düşüb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Dekabr ayında xidmət sektoru üzrə indeks 51.2 punkta kimi 0.8 punkt artmış, sənaye sektorunda isə göstərici yanvar ayında 51.8 punkta kimi azalıb.  Xidmət sektorunun yanvar üzrə göstəricisinin fevral ayının 5-i açıqlanacaqdır. 


Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit prosesinin razılaşdırılması istiqamətində danışıqları çətin şəraitdə davam etməsi, İngiltərə iqtisadiyyatı fonunda qeyri-müəyyənliyi və riskləri də artırır.