Böyük Britaniyanın tikinti sektorunda durğunluq

04 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Böyük Britaniyada biznes aktivliyi ilə bağlı böyük maraqla izlənilən göstərici proqnozlaşdırılandan da pis açıqlanıb.

Böyük Britaniyanın tikinti sektorunda durğunluq

Böyük Britaniyanın tikinti sektorunda işgüzar mühitdə böhran yaranıb. Markit araşdırma mərkəzinin bazar ertəsi açıqladığı məlumatlara əsasən, Böyük Britaniyanın tikinti sektorunda işgüzar aktivlik indeksi (ing.: "PMI") fevral ayında 49.5 punkta kimi 1.1 punkt azalıb. 


Bu, 2015-cü ilin aprel ayından bugünə kimi ən aşağı səviyyədir və ilk böhrana dair işarədir. Mütəxəssislər göstəricinin yalnız 50.5 punkta kimi azalacağını proqnozlaşdırırdılar. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.