Böyük Britaniyanın xidmət sektoru zəifləməkdədir

05 Fevral 2019

AB ilə İngiltərə arasında Breksit danışıqlarının çətin şəraitdə davam etməsi, siyasi riskləri artırmaqla, tikinti sektorunda da aktivliyi zəiflədir.

Böyük Britaniyanın xidmət sektoru zəifləməkdədir

Ingiltərənin xidmət sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") yanvar ayında azalaraq, 50.1 punkt ilə son iki ilin ən aşağı səviyyəsinə düşüb. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir. 


Yanvar ayında tikinti sektoru üzrə indeks 50.6 punkt, sənaye sektorunda isə göstərici 52.8 punkta kimi azalmışdı.


Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit prosesinin razılaşdırılması istiqamətində danışıqların çətin şəraitdə davam etməsi, İngiltərə iqtisadiyyatı fonunda qeyri-müəyyənliyi və riskləri də artırır.