Böyük Britaniyanın xidmət sektorunda durğunluq

03 Aprel 2019

Böyük Britaniyanın xidmət sektorunda biznes aktivliyi ilə bağlı böyük maraqla izlənilən göstərici proqnozlaşdırılandan da pis açıqlanıb.

Böyük Britaniyanın xidmət sektorunda durğunluq

Böyük Britaniyanın xidmət sektorunda işgüzar mühitdə böhran yaranıb. Markit araşdırma mərkəzinin çərşənbə günü açıqladığı məlumatlara əsasən, xidmət sektorunda işgüzar aktivlik indeksi (ing.: "PMI") mart ayında 48.9 punkta kimi 2.4 punkt azalıb. 


Bu, 2016-ci ilin avqust ayından bugünə kimi ilk böhrana dair işarədir. Mütəxəssislər göstəricinin yalnız 51.0 punkta kimi azalacağını proqnozlaşdırırdılar. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.