BP-nin hesabatı dərc edildi

13 İyun 2019

Hesabat 2018-ci il təqvim ilindən etibarən enerji mənbələrinin əsas tendensiyalarını nəzərdən keçirir.

BP-nin hesabatı dərc edildi

“BP Plc” Dünya Enerjisinin Statistik Kriteriyaları 2019 versiyasını yayımladı. Hesabat 2018-ci il təqvim ilindən etibarən enerji mənbələrinin əsas tendensiyalarını nəzərdən keçirir.


İcraçı direktor Bob Dadli karbon emissiyası və aşağı karbon dəyərli enerji mənbələrinə keçmək cəhdləri ilə bağlı öz hesabatının təqdim olunmasına yönəldilmişdir. Hesabatda neft ehtiyatları, enerji tələbi və təbii qaz məlumatları daxil olmaqla neft və enerji treyderləri üçün bəzi maraqlı məlumatlar var.


Neft ehtiyatları. 

BP Səudiyyə Ərəbistanında və ABŞ-da təsdiqlənmiş ümumi neft ehtiyatları miqdarını artırdı. “BP”-nin məlumatına görə, 2008-ci ilin sonunda Səudiyyə Ərəbistanı 264,1 milyard barel neft ehtiyatı təsdiqləmişdir. 2017-ci ilin sonunda bu rəqəm 296 milyard barelə yüksəldi. 2018-ci ilin sonuna “BP” Səudiyyə Ərəbistanının 297,7 milyard barelə malik olduğunu bildirdi.


Bu rəqəmlər Səudiyyə Ərəbistanın ümumi təsdiqlənmiş qlobal neft ehtiyatlarının payını 17,2%-lə dünyada ikinci yerə yüksəldəcəkdir.


Plattsın fikirlərinə görə, dünyada hər hansı ölkədən daha çox neft ehtiyyatlarına sahib olsa da Venesuela may ayında gündəlik cəmi 720 min barel neft hasil edə bilmişdir. “BP”-nin hesabatında ABŞ-ın təsdiqlənmiş neft ehtiyyatlarının 61,2 milyard barel olduğu qeyd edilir. ABŞ və Səudiyyə Ərəbistanı üçün yüksək ehtiyat rəqəmləri tədarükün bir müddət təmin ediləcəyi qarantiyasını verir.


Enerji mənbələrinə tələb. 

“BP”-nin məlumatına görə, ötən il diaqnostik enerji istehlakı 2,9% artıb: "Bu, orta illik 10% artım deməkdir. Şübhə yoxdur ki, neft tələbi ilə ümumi enerji tələbi arasında böyük fərq var.


Ancaq “BP”-nin hesabatına görə neft birjaları iqtisadi və siyasi risklərin neft tələbinin azalmasına gətirib çıxaracağı qeyd edilir.


Enerji İnformasiya Agentliyi neft ehtiyyatlarında artımın olduğunu vurğulayaraq 2019 -cu il üçün neftə tələbin artması ehtimallarını azaltdıqdan sonra  neft dünya birjalarında 3% civarında eniş yaşadı.