Breksit alternativləri sesverməyə qoyulur

26 Mart 2019

Böyük Britaniya parlamentində müzakirəsi gözlənilən Breksit altenativləri investorların diqqətini yenidən Breksit prosesinə istiqamətləndirib.

Breksit alternativləri sesverməyə qoyulur

Böyük Britaniya parlamenti hökümətin iradəsinə qarşı olaraq çərşənbə günü Breksit sazişinə alternativlər haqqında sesvermə keçirməyi planlaşdırır. Bu haqda qərarı bazar ertəsi parlament səs çoxluğu ilə verib. 


Çərşənbə günü keçiriləcək səsvermədə Avropa Birliyinə daha yaxın bağlılıq və ya ikinci referendum imkanları seçimə qoyulacaq. Breksitin ləğvi də müzakirə edilə bilər. 


Bütün bunlar parlamentdə çoxluğun istəklərini üzə çıxaracaqdır. 


Qeyd etmək lazımdır ki, baş nazir Tereza Mey özü də Breksit sazişi üçün parlamentdə çoxluğun olmadığını etiraf edib və bu gün üçüncü dəfə sesverməyə çıxarılması ləğv edilib. 


Bununla yanaşı, baş nazir parlamentdə Breksit sazişinə alternativlər qəbul olunduğu təqdirdə hökümətin buna sadiq qalmasının şərt olmadığını və sazişin ləğvinin razılaşdırılmamış Breksitə səbəb olacağını da əlavə edib. Lakin Mey sazişin parlamentdə qəbul olunmasını da önəmli hesab edir.