Breksit B planı fonunda müzakirələr diqqət mərkəzində

30 Yanvar 2019

İngiltərə höküməti Brüssel ilə Breksit prosesi fonunda yeni planı müzakirə etməyi planlaşdırır və siyasi və iqtisadi risklər yenidən artır.

Breksit B planı fonunda müzakirələr diqqət mərkəzində

Dünya valyuta birjalarında Avropa Birliyi ilə İngiltərə arasında Breksitin B planı fonunda qeyri-müəyyənliyin artması, avro və funtun qiymətlərində son günlər müşahidə edilən artım dalğasının zəifləməsinə səbəb olub.


Texniki təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-ın üzərində qaldıqca, 1.15$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. GBP/USD məzənnəsində də bahalaşma proqnozları güclü olaraq qalır. Belə ki, məzənnə 1.32$-ı yuxarı istiqamətdə qırarsa, 1.33$-a kimi də bahalaşa bilər.


Digər önəmli hadisə isə enerji bazarlarında neft qiymətlərinin bahalaşmasıdır. Avropanın Brent markalı neftinin bir barel qiyməti 62.30$-ı da yuxarı istiqamətdə qırarsa, 64.46$-a kimi də dəyər qazana bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.