Breksit böhranında bir daha irəliləyiş əldə edilmədi

21 Fevral 2019

Maliyyə bazarlarında böyük maraqla gözlənilən Tereza Mey ilə Yunker arasında görüş bir daha nəticəsiz qalıb, diqqətlər fevral ayının sonuna yönəlib.

Breksit böhranında bir daha irəliləyiş əldə edilmədi

İngiltərə baş naziri Tereza Mey Brüsseldə Avropa Birliyindən razılıq əldə etmək istəyir. Bugünə kimi ciddi irəliləyiş əldə etməsə də danışıqlara davam etmək niyyətindədir. 


Belə ki, iki tərəf Breksit prosesinin razılaşdırılması istiqamətində çərşənbə günü də nəticə əldə etməyib. 


Lakin çərşənbə günü baş tutan İngiltərənin baş naziri ilə AB komissiyasının sədri Yunker ilə görüş, fevral ayının sonunda növbəti dəfə bir araya gələcəkləri bəyanatı ilə nəticələnib. 


Qeyd etmək lazımdır ki, mart ayının 29-da Böyük Britaniya AB-ni tərk etmək istəyir. Bugünə kimi isə iki tərəf arasında konsens əldə edilməyib.