Breksit diqqət mərkəzində

14 Dekabr 2018

Beynəlxalq birjalarında İngiltərənin Avropa Birliyindən ayrılması sazişi ətrafında danışıqlar fonunda qeyri-müəyyənlik aktivliyin azalmasına səbəb olur.

Breksit diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında avro və funtun dollara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. 


Təhlillərə əsasən, 1.14$-ın altında ticarət edilən EUR/USD məzənnəsi bu səviyyənin altında qaldıqca, yenidən 1.13$-a kimi ucuzlaşa bilər. 1.26$-a təklif edilən GBP/USD məzənnəsinin də yenidən 1.25$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.


Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.35TL-yə ticarət edilir və 3.38TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.46TL-yə kimi də bahalaşa bilər.


Bununla yanaşı, Avropa Birliyi ilə İngiltərə arasında Breksit danışıqları da diqqət mərkəzində saxlanılmalıdır.