Breksit fonunda narahatlıqlara səbəblər

05 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit fonunda narahatlıqlara səbəblər arasında Breksitin uzadılmasının parlamentdə dəstək almayacağı ehtimallarıdır.

Breksit fonunda narahatlıqlara səbəblər

Mart ayının 29-da İngiltərənin Avropa Birliyini tərk etməsi planlaşdırılır. Bu vaxt yaxınlaşdıqca isə maliyyə bazarlarında və Böyük Britaniyada Breksit xaosu fonunda narahatlıqlar da artmaqdadır, çünki Breksit razılaşmasından bir xəbər yoxdur. 


Keçən həftənin çərşənbə axşamı baş nazir Tereza Mey ilk dəfə olaraq parlamentə Breksitin ərtələnməsini təklif edib. Mütəxəssislərin fikirincə, parlamentdə təklifi dəstələyə biləcək çoxluq da yoxdur. "Parlamentdə daha çox dəstək alan fikir razılaşdırılmış Breksitdir", deyə siyasət elmləri üzrə professor Klaus Ştolç əlavə edib. 


Qeyd etmək lazımdır ki, baş nazir parlamentdən AB ilə danışıqları davam etdirmək üçün mart ayının 12-sinə kimi vaxt istəmişdi. Razılaşma əldə edilmədiyi təqdirdə parlament müzakirələri davam etdirmək üçün Breksit tarixinin ərtələnməsini və sazişin şərt olub-olmamasını səs verməyə qoya bilər.