Breksit fonunda yeni razılıq əldə olundu

12 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərə höküməti və AB arasında əldə edilən son yeni Breksit razılığı investorların diqqət mərkəzindədir.

Breksit fonunda yeni razılıq əldə olundu

İngiltərənin baş naziri Tereza Mey çərşənbə axşamı parlamentdə Brüssel ilə razılaşdırılan yeni sazişi səs verməyə çıxaracaqdır. Yanvar ayında ilk səs vermə uğursuz olmuşdu. Əsas mübahisə doğuran mövzu "backstop" maddəsi idi. 


Bazar ertəsi isə İngiltərə höküməti ilə Avropa Birliyi arasında əsas mübahisə predmeti olan bekstop maddəsinə dəyişikliklə bağlı razılıq əldə olunub. Yeni razılaşmaya əsasən, bekstop AB üzvü İrlandiya ilə Böyük Britaniyaya aid olan Şimali İrlandiya arasında gələcək sərhəd yoxlamaları üçün yeganə həll yolu olmayacaq və 2020-ci ilin sonuna kimi alternativ həll yolu tapılmalıdır. Məqsəd isə odur ki, bekstopa ehtiyac olmasın. 


Bekstopa İrlandiya ilə Şimali İrlandiya arasında sərhəd yoxlamalarının qarşısını alan maddədir və İngiltərə də bununla Şimali İrlandiyanın daha çox AB-yə bağlanacağından və ölkənin parçalanmasından narahatdır. 


AB komissiyasının sədri Yunker ilə İngiltərə baş naziri Tereza Mey arasında axşam saatlarında əldə edilən razılaşma və verilən birgə bəyanata dair bu gün parlamentdə ətraflı açıqlamalar olacaqdır. 


Bu dəfə də parlament AB ilə razılaşdırılan yeni Breksit planına qarşı çıxarsa, çərşənbə günü sazişsiz Breksit səs verməyə qoyulacaqdır. Bu yanaşma da aşağı palata tərəfindən dəstəklənməsə, cümə axşamı Londonun Breksitin ərtələnməsi səs verməyə qoyulacaqdır.