Breksit: GBP/USD: Qrafik mənzərə dəyişə bilər

12 Mart 2019

Beynəlxalq valyuta birjalarında İngiltərə parlamentində keçiriləcək Breksit səsverməsi fonunda qeyri-müəyyənlik artdıqca, funta olan təzyiqlər də artmaqdadır.

Breksit: GBP/USD: Qrafik mənzərə dəyişə bilər

Bu gün İngiltərə parlamentində Avropa Birliyi ilə razılaşdırılan Breksit sazişi səs verməsinin keçirilməsi fonunda treyderlərin funt və digər aparıcı valyutalarda olan əməliyyatlarını bağlamaları ilə əlaqədar olaraq, funtun məzənnələrində sürətli ucuzlaşmalar müşahidə edilməkdədir. 


GBP/USD məzənnəsi bazar ertəsi Breksit ilə bağlı müsbət xəbərlərin yayımlanmasın ilə 2.5% bahalaşdıqdan sonra bu gün Asiya sessiyasında 1.3288$-da müqavimətlə rastlaşaraq, Avropa sessiyasında 1.3005$-a kimi 1.8% ucuzlaşıb. Maliyyə bazarlarında sonuncu artım dalğasının davam etməsi üçün bazar ertəsinin dəstək səviyyəsinin (1.2960$) üzərində qalması önəmli hesab edilir. Bu məzənnədə təmin olunarsa, bazar ertəsi bahalaşması, növbəti güclü mərhələsinə keçə bilər. 


Lakin GBP/USD məzənnəsində müşahidə edilən cari sürətli ucuzlaşma, 1.2960 səviyyəsinin qırılması ehtimallarını da gücləndirib. 


Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.2960$-ı aşağı istiqamətdə qırarsa, 1.2898$-a kimi ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, İngiltərənin baş naziri Tereza Mey ilə AB komissiyasının sədri Jan-Klod Yunkerin bazar ertəsi yeni Breksit planına dair verdikləri birgə bəyanat fonunda razılaşmanın İngiltərə parlamentində qəbul ediləcəyi ehtimaları qeyri-müəyyəndir.