Breksit: Müxalifət ilə danışıqlarda irəliləyiş yoxdu

08 Aprel 2019

Dünya bazarlarında investorların böyük maraqla izlədiklər iqtidar ilə müxalifət arasında Breksit danışıqları fonunda qeyri-müəyyənlik müşahidə edilir.

Breksit: Müxalifət ilə danışıqlarda irəliləyiş yoxdu

Breksit prosesinin həlli istiqamətində iqtidar və müxalifət partiyaları razılıq əldə etməkdə çətinlik çəkirlər. Ölkənin mədəniyyət naziri Ceremi Vrayt bazar ertəsi "BBC"-yə danışarkən, "Labour" partiyası ilə razılığın əldə olunmasının önəmliyini vurğulayıb. İki tərəfin isə bu gün danışıqları davam etdirəcəklər məlum deyil. Bu haqda mətbuata açıqlamaların da verilməsindən imtina edilib. 


Baş nazir Tereza Mey də bazar günü ortaq müxalifətlə razılığın əldə olunmasının tərəfdarı olduğunu bildirmişdi. Müxalifət tərəfi isə davam edən danışıqların gedişatından narazı olduqlarını açıqlamışdılar: "Ciddi dəyişiklik yoxdur".