Breksit müzakirəsi saat 19:00-da başlayacaq

07 May 2019

Dünya iqtisadiyyatında risklərin artmasına təsir edən Breksit prosesinin bu gün İngiltərədə hökümət ilə müxalifət arasında növbəti müzakirəsi başlayacaq.

Breksit müzakirəsi saat 19:00-da başlayacaq

İngiltərə baş naziri Tereza Meyin sözcüsü Ceyms Slek kabinetin bir saata yaxın Breksiti müzakirə etdiyini və müxalif "Labour" partiyası ilə Breksit həlli istiqamətində danışıqların aktual olduğunu bildirib. 


İndikativ səsverməni baş nazirin təklif etdiyini deyən Slek, "Labour" ilə heç bir Breksit razılaşmasının də əldə olunmadığını əlavə edib. 


Breksit müzakirələrinin Bakı vaxtı ilə saat 19:00-da baş tutacağını bildirən mətbuat katibi, Breksit planının parlamentdə çoxluq tərəfindən qəbul olunmasının önəmliyini vurğulayıb. 


Ölkənin Avropa birliyi parlament seçkisində iştirak edəcəyi ehtimalları isə hər gün daha da artır.