Breksit: Plan B uğrunda axtarışlar

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Böyük Britaniya parlamentində keçiriləcək Breksit alternativləri səsverməsi investorların diqqət mərkəzində.

Breksit: Plan B uğrunda axtarışlar

10 gündən sonra Avropa birliyinin zirvə toplantıları başlayacaq. Bu tarixə kimi isə hökümətin razılaşdırdığı Breksit sazişinin üçüncü də parlamentdə qəbul edilməməsindən sonra alternativ plan tapılmalıdır. 


Beləliklə, bu gün deputatlar parlamentdə alternativləri müzakirə edəcək və səsqoymaya çıxaracaqlar. Lakin keçən həftə bu fonda ilk cəhdlər göstərdi ki, parlamentdə sonraki istiqamət ilə bağlı fikir ayrılığı çoxdur. Müzakirə edilən 8 alternativin heç biri qəbul edilməyib. 


Alternativlər arasında ikinci referendumun keçirilməsi və AB ilə gömrük birliyində qalmaq ən yaxşı nəticələr əldə etmişdi.