Breksit qərarı, EUR və GBP

17 Oktyabr 2018

Bu gün dünya birjalarında Breksit fonunda danışıqlar və Amerika Mərkəzi Bankının toplantı protokolu investorların diqqət mərkəzində olacaqdır.

Breksit qərarı, EUR və GBP

Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətləri Avropa Birliyi (AB) sammitinin ikinci günü ərzində təzyiq altında qalmaqda davam edir. Bu gün xüsusilə AB-nin 27 dövlət və hökümət nümayəndələrinin Breksit müzakirəsi diqqət mərkəzində olacaqdır.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər. Funt/dollar məzənnəsin də 1.32$-ın altında qaldıqca, 1.30$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Lirə bahalaşmaqda davam edir. 

Türkiyə maliyyə bazarlarında isə lirənin qiyməti dəyər qazanmaqda davam edir. Artıq son iki ayın maksimum səviyyəsində ticarət edilən lirə, sözügedən səviyyənin üzərində qaldıqca, 5.57 və 5.43TL-yə kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq Amerika Mərkəzi Bankının (FED) toplantı protokolu da investorlar tərəfindən böyük maraqla gözlənilir.