Breksit riski və GBP/USD qiymətində zəif dalğalanma

31 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması və enerji bazarlarında neft qiymətlərinin bahalaşmasına baxmayaraq, funt təzyiq altındadır.

Breksit riski və GBP/USD qiymətində zəif dalğalanma

Beynəlxalq valyuta birjalarında dolların dəyər itirməsi, GBP/USD məzənnəsinin də bahalaşmasına səbəb olsa da burada təsir zəif qiymətləndirilir. Belə ki, funtun qiyməti önəmli müqavimət səviyyəsi hesab edilən 1.3155$-ı qırmaqda çətinlik çəkir. 


Foreks bazarlarında dolların ucuzlaşması ilə yanaşı enerji bazarlarında neft qiymətlərinin bahalaşması da GBP/USD məzənnəsinin 1.3155$-ı yuxarı istiqamətdə qırmasına səbəb ola bilmirlər. Bunun əsas səbəbi Breksit prosesi fonunda artan qeyri-müəyyənlikdir. Bu özü ilə bərabər ölkədə iqtisadi risklərin də artmasına və beləliklə, ölkə valyutasına olan tələbin azalmasına təsir edir. Enerji bazarlarında neft qiymətlərinin dəyər qazanması, iqtisadiyyatında neft sənayesinin önəmli rol oynadığı İngiltərənin milli valyutasınən da bahalaşmasına təsir edə bilir. 


Təhlillərə əsasən, GBP/USD məzənnəsinin növbəti artım dalğası üçün 1.3155 və 1.3217$ dəhlizinin yuxarı istiqamətdə qırılması önəmli sayılır. Bu baş vermədikcə, Funt/Dollar valyuta cütlüyünün qiymətində cari həftənin əvvəlindən başlayan ucuzlaşmanın 1.2981$-a kimi də dərinləşməsi ehtimalları güclü olaraq qalır.