Breksit sazişi alternativləri səsverməsi gündəliyi

27 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Böyük Britaniya parlamentində keçiriləcək alternativ müzakirələr investorların diqqət mərkəzindədir.

Breksit sazişi alternativləri səsverməsi gündəliyi

Böyük Britaniya parlamenti çərşənbə günü Breksit sazişinə alternativlər mövzusunda səsvermə keçirəcək. Bununla da deputatlar özləri baş nazirin Avropa Birliyi ilə razılaşdırdığı sazişi əvəz edə biləcək imkanları axtarmağa çalışırlar. 


Plana əsasən istiqamət verici səsvermənin keçirilməsi gözlənilir. Bu zaman hansı alternativin çoxluq tərəfindən dəstəkləndiyi aşkara çıxarılacaqdır. 


Müzakirələrin Bakı vaxtı ilə saat 19:00, seçilmiş alternativlər saat 23:00-da səsverməyə qoyulacaqdır. Nəticələrin açıqlanması isə saat 2:00-a kimi uzana bilər. Gələn həftənin bazar ertəsi də ikinci mərhələ baş tuta bilər. 


Hökümət başçısı AB ilə razılaşdırılan sazişi qorumağa çalışır. Bu səbəblə Tereza Meyin saat 21:00-da üzv olduğu partiya komitəsi qarşısında çıxışı da gözlənilir. Bəzi ehtimallara əsasən, müqavilə cümə axşamı və ya cümə günü parlamentdə üçüncü dəfə səsverməyə çıxarıla bilər.