Breksit sazişi alternativləri yenə qəbul edilə bilmədi

02 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit riskinin gündəmdə qalmasına əsas verən yeni xəbər yayılıb və investorlar çərşənbə gününü gözləyir.

Breksit sazişi alternativləri yenə qəbul edilə bilmədi

Böyük Britaniya parlamenti ikinci dəfə də Breksit sazişi fonunda alternativlər mövzusunda razılaşa bilməyib. Aşağı palata bazar ertəsi hökümətin Avropa birliyi ilə razılaşdırdığı Breksit sazişi fonunda təklif edilən dörd alternativ gedişatı, xüsusilə də AB ilə əlaqələri saxlamaq və ikinci referendumu qəbul etməyib.


Bununla da Breksit dilemmasından çıxış yolu çərşənbə günü də davam edə bilər. Belə ki, bu dəfə də deputatların alternativləri müzakirə etmək imkanları var. Çərşənbə axşamı isə baş nazir Tereza Mey beş saatlıq kabinet toplantısı planlaşdırır. 


Qərara gələ bilməyən parlament həmfikir olduqları təklif əldə edə bilməsə, aprelin 12-də ölkə AB-dən sazişsiz ayrılma və ya müddətin uzadılması təhlükəsi ilə üz-üzə qalacaq. Breksit tarixinin təxirə salınması isə may ayının sonunda baş tutacaq Avropa parlamenti seçkiləsində ölkənin də iştirakı məcbur olacaqdır. 


Avropa parlamentinin Breksit koordinatoru Gay Verhofştadt bazar ertəsi tvitter hesabında sərt Breksitin getdikcə reallığa çevrildiyini yazıb. Çərşənbə günü Böyük Britaniya çıxılmaz vəziyyətini həll etməsi üçün sonuncu günüdür, əks təqdirdə uçurum ilə qarşılaşa bilər, deyə Verhofştadt əlavə edib.


Hökümət başçısı Tereza Mey isə gömrük birliyini və daxili bazarı da tərk etməyi planlaşdırır. 


İngiltərə gömrük sazişində qalarsa, üçüncü ölkələrlə azad ticarət sazişləri imzalaya bilməyəcək. AB-nin daxili bazarında qalmaq isə AB vətəndaşlarının azad hərəkətinə imkan yaratmalıdır ki, Breksit ilə də bunun qarşısı alınmağa çalışılır.