Breksit sazişi cümə günü yenidən səsverməyə çıxarılacaq

28 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Breksit sazişinin qəbul olunması istiqamətində yeni xəbərlərin yayılması investorların diqqət mərkəzində.

Breksit sazişi cümə günü yenidən səsverməyə çıxarılacaq

İngiltərənin baş naziri Tereza Mey cümə günü Avropa Birliyi ilə razılaşdırdığı Breksit sazişini üçüncü dəfə parlamentdə səsverməyə qoymaq istəyir. 


Bu haqda parlament sözcüsü Andrea Leadsom məlumat verib. 


Qeyd etmək lazımdır ki, çərşənbə günü parlamentdə Breksit sazişinə alternativlər mövzusunda keçirilən müzakirə və səsvermədə heç bir qərar qəbul olunmayıb. Bundan sonra baş nazir saziş üçüncü səsvermədə qəbul olunacağı təqdirdə, istefa verməyə hazır olduğunu da deyib. Mey bunu yeni hökümətin tələb olunduğunu bilərək təklif edib.