Breksit sazişi diqqət mərkəzində

15 Noyabr 2018

İngiltərənin Avropa Birliyindən ayrılması sazişinin İngiltərə höküməti tərəfindən təsdiqlənməsi maliyyə bazarlarında müsbət qiymətləndirilib.

Breksit sazişi diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında Breksit sazişinin İngiltərə hökümətində razılaşdırılmasından sonra Avropa Birliyi parlamentinə də təsdiqlənməsi üçün təqdim olunması, avrofuntun 1%-ə kimi bahalaşmalarınsa səbəb olub. Lakin bununla yanaşı Avrozona və İngiltərədə siyasi və iqtisadi risklər yüksək olaraq qalır. Breksti sazişi Avropa Parlamentində təsdiq edildikdən sonra İngiltərə parlamentindən də keçməlidir.


Bakı vaxtı ilə saat 3:00-da çıxış edən Amerika Mərkəzi Bank (FED) sədri Jerom Povel isə ABŞ iqtisadiyyatına dair suallara müsbət cavab verib: "ABŞ iqtisadiyyatı inkişaf edir və daha sürətlə inkişaf edəcəkdir". 


Bütün bunlar son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşmanın yenidən bahalaşma ilə əvəz edilə biləcəyinə işarədir. Avrozonaİngiltərə iqtisadiyyatı ilə bağlı göstəricilər getdikcə zəif açıqlandığı bir şəraitdə ABŞ iqtisadiyyatına dair müsbət siqnallar gəlməkdə davam edir. 


Bu baxımından bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerika iqtisadiyyatı ilə bağlı önəmli fundamental məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir. 


Qızılda bahalaşma.

Siyasi risklər və ABŞ-da inflyasiyanın artması əlvan metallar bazarlarında da qızıl qiymətinin dəyər qazanmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1210$-a kimi 1% bahalaşıb və 1216$-ı da yuxarı istiqamətdə qırarsa, 1225$-a kimi də dəyər qazana bilər.