Breksit sazişi ikinci dəfə qəbul edilmədi

13 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən ikinci Breksit sazişinin parlamentdə səsverməsi qəbul olunmaması ilə nəticələnib.

Breksit sazişi ikinci dəfə qəbul edilmədi

İngiltərənin aşağı palatası mart ayının 12-də yenidən Breksit sazişini qəbul etməyib və baş nazir Tereza Mey çərşənbə günü sazişsiz Breksit ilə bağlı səsvermə keçirilməsini istəyib. Bu da qəbul edilməsə, cümə axşamı Breksit tarixinin dəyişdirilməsi səsverməyə qoyulacaqdır. 


Parlament bundan əvvəl yanvarın 15-də də ilk dəfə Mey ilə Avropa Birliyinin razılaşdırdıqları Breksit sazişini qəbul etməmişdi. 


Bundan sonra Mey AB ilə yenidən danışıqlara başladı və İngiltərənin "backstop"-a bağlı olmaması ilə bağlı razılıq əldə etdi. Bu maddə İrlandiya ilə Şimali İrlandiya arasında sərhəd yoxlamalarının qarşısını alır. Bununla da Böyük Britaniya AB-yə bağlı olaraq qalır. 


2016-ci ilin iyun ayının 23-ündə ölkə referenduma gedərək, 51.9% çoxluq ilə AB-dən ayrılmaq qərarı almışdı. Breksitin baş verəcəyi rəsmi tarix isə mart ayının 29-udur. 


Avropa məhkəməsinə əsasən, İngiltərə höküməti tək tərəfli və AB-nin üzvlərinin razılığı olmadan Breksitdən imtina edə bilər.