Breksit sazişi müzakirələri

15 Oktyabr 2019

İnvestorların gözü Breksit müzakirələrindədir və bu gün Avropadan yayımlanacaq "ZEW" indeksi də böyük maraqla gözlənilməkdədir.

Breksit sazişi müzakirələri

Beynəlxalq valyuta birjalarında Breksit müzakirələri fonunda ticarət aktivliyinin azalması müşahidə edilir. 

Belə ki, EUR/USD və GBP/USD məzənnələri cümə gününün maksimum və minimum səviyyələri aralığında dalğalanmaqdadır. 

London və Avropa Birliyi ölkələri cümə axşamı və cümə günü baş tutacaq zirvə toplantısına kimi yekun qərarla bağlı razılığa gəlməlidirlər. Saziş razılaşdırılmasa, Breksit müddətinin uzadılması müzakirələri başlayacaqdır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avropanın gələcək iqtisadi gözləntilərini ölçən indeksin dərc edilməsi də investorların diqqət mərkəzindədir.