Breksit səsverməsi öncəsi GBP/USD qiymətində bahalaşma

29 Yanvar 2019

Bu gün İngiltərə parlamentində baş tutacaq növbəti Breksit fonunda səs verməsi öncəsi GBP/USD məzənnəsində bahalaşma müşahidə edilir.

Breksit səsverməsi öncəsi GBP/USD qiymətində bahalaşma

GBP/USD məzənnəsində bahalaşmanın Amerika sessiyasında sürətlənməsi, günün önəmli müqavimət səviyyəsi sayılan 1.3187$-ı yuxarı istiqamətdə qırması ilə nəticələnib. Son günlər avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilsə də Breksit fonunda funt sterlinqin təzyiq altında qalması müşahidə edilirdi. Bu gün Bakı vaxtı ilə təqribən saat 22:00-da baş tutacaq İngiltərə parlamentində proses üzrə növbəti səsvermə öncəsi, GBP/USD məzənnəsinin bahalaşdığının şahidi oluruq. 


Təhlillərə əsasən, GBP/USD məzənnəsi 1.3130$-ın üzərində qaldıqca, bahalaşma 1.3217 və 1.3297$-a kimi də davama edə bilər.