Breksit: Tereza Meyə qarşı təzyiqlər artmaqda

25 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Tereza Meyin Breksit fonunda siyasəti investorlar tərəfindən diqqətlə izlənilməkdədir.

Breksit: Tereza Meyə qarşı təzyiqlər artmaqda

İngiltərə baş naziri Tereza Meyə qarşı Breksit vaxtının ərtələnməsi mövzusunda təzyiqlər artmaqdadır. Böyük Britaniya Avropa Birliyini mart ayının 29-da tərk etməlidir. Lakin bugünə kimi aydın deyil ki, Mey Brüssel ilə razılaşdırdığı sazişi parlamentdə necə qəbul etdirəcəkdir. Deputatların üstün sayı yanvar ayında razılaşmanı qəbul etməmişdi.


Mey də öz növbəsində AB-də Breksit vaxtının uzadılmasını istəsin. Lakin çərşənbə günü Breksit prosesinin növbəti addımı fonunda keçiriləcək səs vermədə üzv olduğu partiyada da qarşı mövqe qazana bilər. Sonuncu dəfə üç nazir bu həftə bir nəticə əldə olunmadığı təqdirdə Breksit tarixinin dəyişdirilməsini tələb etmişdilər. Bu, çərşənbə günü baş nazirdən Breksit prosesinə nəzarətin əlindən alınmasına səbəb ola bilər. 


Həm parlamentin, həm də AB-nin razı olacağı yeni Breksit planı fonunda ümidlər bu həftə arta bilər, deyə həftə sonu Mey açıqlama vermişdi. Lakin yeni plan fonunda parlamentdə səs vermə bu həftə yox, mart ayının 12-sinə kimi bir başqa gün üçün planlaşdırılacaqdır. 


Bu müddətin isə Meyin hökümətin etimadını qazana biləcəyi üçün bəs edəcəyi gözləntiləri çox azdır. İlkin versiyalara görə, partiyası tərəfində yarı yolda buraxılmaması üçün özü Breksit müddətinin uzadılması təşəbbüsü ilə çıxa bilər. 


Qeyd etmək lazımdır ki, baş nazir həftə sonu 12 marta qədər parlamentdə daha bir səsvermə keçiriləcəyini açıqlamış və mart ayının 29-da İngiltərənin AB-dən çıxması məsələsi artıq həll olunmuş olacağını vurğulamışdı.