Breksit və GBP/USD məzənnəsində bahalaşma

30 Yanvar 2019

Breksit fonunda sonuncu hadisələr GBP/USD valyuta cütüyünün qiymətinə qarşı təzyiqləri artırsa da Avropa sessiyasında bahalaşmanın şahidi oluruq.

Breksit və GBP/USD məzənnəsində bahalaşma

Dünya valyuta birjalarında GBP/USD məzənnəsində bahalaşma 1.3117$ səviyyəsində müqavimətlə rastlaşıb. Bu səviyyənin qırılması ilə məzənnənin üzərində möhkəmlənməsi, sonuncu bahalaşma tendensiyası daha da sürətlənə bilər. 


Çərşənbə axşamı İngiltərə parlamentində qəbul edilən yeni Breksit planı B fonunda maliyyə bazarları iştirakçıları arasında qeyri-müəyyənlik artıb. Gələcək günlərdə İngiltərə nümayəndə heyətinin Brüsselə yeni müzakirələr üçün yollanması gözlənilir. Lakin Avropa Birliyi tərəfi yeni Breksit müzakirələrinə hazır deyil və ilkin sazişin üzərində qalırlar. İngiltərə ilə AB arasında Breksit fonunda böhranın yaranmasına əsas səbəb İrlandiya ilə Şimali İrlandiya arasında sərhəd yoxlamalarıdır. 


Təhlillərə əsasən, Breksit böhranı fonunda təzyiq altında olan GBP/USD məzənnəsi, yenidən bahalaşaraq, 1.3117-1.3156$ dəhlizinin üzərində möhkəmlənməsi lazımdır ki, cari artım dalğası daha da güclənsin. Bu baş vermədiyi təqdirdə, qiymət 1.3056$-ı yenidən aşağı istiqamətdə qıraraq, 1.2943$-a kimi eniş dalğasına davam edə bilər.