Breksit və parlamentdə yeni səsvermə

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün İngiltərə parlamentində keçiriləcək Breksit səs verməsi investorların diqqət mərkəzində olacaqdır.

Breksit və parlamentdə yeni səsvermə

Brüssel Tereza Meydən Avropa Birliyindən çıxmaq üçün "dəqiq və real" təkliflər gözləyir. Bu haqda Avropa Birliyinin şura sədri Donald Task danışıb. Bundan əlavə 40 britaniyalı diplomatlar Breksit vaxtını uzatmağı tələb edir. 


Britaniyanın aşağı palatası bu gün növbəti Breksit prosesi fonunda səs verməyə gedəcək. Baş nazir Tereza Mey sonuncu dəfə Avropa Birliyi ilə danışıqlar üçün əlavə vaxt istəmişdi və çətin dövr olduğunu izah etməyə çalışırdı. Müxalifət isə hökümətin vaxt qazanmağa çalışdığını bildirmişdi. 


Task Meyin Brüsselə sonuncu gəlişində baş nazirin yeni təkliflər gətirməməsindən təəssüfləndiyini bildirmişdi. Breksit isə mart ayının 29-da baş tutacaqdır. 


Qeyd etmək lazımdır ki, Avropa Birliyi ilə uzun müddət danışıqlardan sonra razılaşdırılan Breksit sazişi aşağı palata tərəfindən qəbul olunmamışdı və dəyişiklər təkliflər edilmişdi. Bundan sonra Tereza Mey Breksitin B planı üçün yenidən Brüsselə getmişdi.  Brüssel isə yeni təklilərə yeni danışıqlara hazır deyil.