Breksit: Yuxarı palata müzakirələri davam etdirir

05 Aprel 2019

Dünya birjalarında sazişsiz Breksit və beləliklə, xaos yarada biləcək Breksit prosesi riskinin azalmasına səbəb olan qanun üzrə müzakirələr davam edir.

Breksit: Yuxarı palata müzakirələri davam etdirir

Breksit müzakirələri davam edir, amma yavaşlayıb. "Labour" partiyasının cümə axşamı verdiyi məlumatlara əsasən, Böyük Britaniyanın yuxarı palatası sazişsiz Breksitin qarşısını alan və müddətin uzadılmasını nəzərdə tutan qanun layihəsi üzrə müzakirələri bazar ertəsi bitirmək istəyir. Layihə çərşənbə günü aşağı palatanın üç oxunuşundan tez keçirilmişdir.


Bununla yanaşı, hökümət ilə müxalifət arasında danışıqlar da davam edir. Hər iki tərəf isə başa düşür ki, gələn həftənin çərşənbə günü baş tutan Avropa birliyinin zirvə toplantısına kimi irəliləyişlər əldə edilməlidir. Bugünkü planlanlara əsasən isə Böyük Britaniya AB-ni gələn həftənin cümə günü tərk etməlidir. 


Lakin müxalifət tərəfindən təqdim edilən və aşağı palatadan tez bir zamanda keçən qanun layihəsindən sonra baş nazir Tereza Mey Breksit tarixinin may ayının 22-sinə kimi uzatmağı istəyəcək. Bundan uzaq tarix isə ölkənin AB parlament seçkisində iştirakının qarşısını almaq üçün mümkün deyil.