Breksitdən sonra və AMB-nin siyasəti

07 Fevral 2020

Əsas mövzular Avrozonada pul siyasətinin daha da yumşaldılacağına dair açıqlamalar və Avropanın qonşuları ilə sərt ticarət danışıqlarıdır.

Breksitdən sonra və AMB-nin siyasəti

İngiltərə ilə Avropa Birliyi arasında mart ayında başlayacaq ticarət sazişi danışıqlarının sərt keçəcəyi və Avrozona iqtisadiyyatına dəstək üçün pul siyasətinin daha da yumşaldılacağı ilə bağlı gözləntilər, avro və funt sterlinqin ucuzlaşmasına səbəb olub.

Avrozonada inkişafın mülayim olması, əmək haqlarında artımın qiymətlərdə və inflyasiyada təsirini gecikdirir. Bu səbəbdən Avropada güzəştli pul-kredit siyasəti ən azı ilin sonuna kimi davam etdiriləcəkdir, deyə Avropa Mərkəzi Bank sədri Kristin Laqard cümə axşamı açıqlamasında bildirib. 

Beləliklə, EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%