Brent nefti 70$-a kimi bahalaşa bilər

19 Fevral 2019

Beynəlxalq enerji birjalarında neft qiymətləri "OPEC"-in hasilatını azaldacağı ilə bağlı məlumat verməsinin təsiri ilə bahalaşmaqda davam edir.

Brent nefti 70$-a kimi bahalaşa bilər

ABŞ-la Çin arasında yaşanan soyuq iqtisadi münasibət fonundan neft bahalaşmaqda davam edir. Bununla da Avropanın Brent nefti 66 dollar səviyyəsini keçərək son 3 ayın maksimumlarında qərarlaşıb. 


Digər yandan "OPEC"-in və Səudiyyə Ərəbəsitanının neft hasilatını azaldacağına dair açıqladığı fikirləri, bazarda təklifin azlığı ilə bahalaşmasına davam edəcəyinə işarə verir. 


Neftin artım trendinə davam edəcəyi halda, 70 dolların üzərində qərarlaşma ehtimalı yüksək dəyərləndirilir.