Brent 68$-a kimi dəyər qazana bilər

18 Fevral 2019

Enerji birjalarında bahalaşan qiymətlər arasında neftin qiyməti də investorların diqqət mərkəzindədir və 68$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Brent 68$-a kimi dəyər qazana bilər

Avropa markalı neftin qiymətində (OILUK) artım trendi davam edə bilər.

 

Belə ki, qiymət 65.90$ səviyyəsinin üzərində ticarət olunduqca, qiymətin 68.15$ həddinədək bahalaşması proqnoz olunur.

 

Lakin qiymət yenidən 65.90$ həddini aşağı istiqamətdə qırarsa, qiymətin 63.30$ lokal dəstək həddinədək ucuzlaşması ehtimal olunur.