Brent markalı neft 76$-a kimi bahalaşa bilər

14 May 2019

Beynəlxalq enerji birjalarında neft qiymətləri üzrə bahalaşma proqnozlarının aktuallığı investorların diqqət mərkəzindədir.

Brent markalı neft 76$-a kimi bahalaşa bilər

Maliyyə Bazarlarında həftəyə 70.30 $ həddlərində başlayan Avropanın Brent markalı neftinin qiyməti  hazırda 71.20 $ - 71.30 $ səviyyələrində ticarət olunur.


Qiymətin 70 $ həddindən yuxarıda ticarət olunması alış ehtimallarını gücləndirir.


Ümumiyyətlə son zamanlar  Amerka ilə Çin arasında iqtisadi müharibənin yenidən aktivləşməsi fonunda  Beynəlxalq Enerji bazarlarında Brent markalı neftin qiymətində bahalaşmaya səbəb olmuşdur.


Proqnoz: OİLUK maliyyə alətinin qiymətinin 72.57 müqavimət həddini görəcəyi  halda növbəti hədəflər 73.66 və 75.53 səviyyələri hesab edilir.


Alternativ proqnoz: Əks halda 69.61 dəstək həddinin aşağı istiqamətdə qırılması 67.74 və 66.65 səviyyələrinin  növbəti hədəf olma ehtimallarını artırır.