Brent markalı nefti 76$-a kimi bahalaşa bilər

13 May 2019

Beynəlxalq enerji birjalarında neft qiymətlərinin bahalaşmasının 76$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır və "OPEC" hesabatı gözlənilir.

Brent markalı nefti 76$-a kimi bahalaşa bilər

Maliyyə Bazarlarında həftə ərzində açıqlanacaq vacib xəbərlərdən biri də 14 May saat 15:00-da açıqlanacaq OPEC-in aylıq hesabatıyla bağlı xəbər bazar iştirakçılarının diqqət mərkəzindədir.


Belə ki, hazırda 72$  səviyyəsinin üzərində ticarət olunan OİLUK maliyyə alətinin qiymətinin 72.57 müqavimət həddini görəcəyi  halda növbəti hədəflər 73.66 və 75.53 səviyyələri hesab edilir.

 

Əks halda 70.18 dəstək həddinin aşağı istiqamətdə qırılması 69.62 və 69.11 səviyyələrinin  növbəti hədəf olma ehtimallarını artırır.