Brent markalı neftin qiymətində üfüqi daldağalanma

07 Fevral 2019

Beynəlxalq enerji bazarlarında neft qiymətlərinin bir aydır qiymət dəhlizi daxilində dalğalandığını müşahidə edilir.

Brent markalı neftin qiymətində üfüqi daldağalanma

Brent markalı neftin (OILUK) qiyməti yanvar ayından 59.60$-62.80$ qiymətlər arası ticarət olunur. Qeyd olunan səviyyələr hal-hazırda lokal dəstək və müqavimət hədləri sayıla bilər və bu həddlərdən birinin qırılması, qiymət aktivliyini artıra bilər.


Texniki analiz etsək, qiymət 59.60$ dəstək həddini qırarsa, qiymətin 57.38$ səviyyəsinədək ucuzlaşmasını proqnoz etmək olar. Alternativ olaraq, 62.80$ müqavimət həddinin qırılması isə qiymətin 68.40$ səviyyəsinədək bahalaşmasına səbəb ola bilər.