Brent nefti 5% bahalaşıb

18 Yanvar 2019

Dünya valyuta birjalarında dolların qiymətlərində qeyri-müəyyənliyin artdığı bir vaxtda, avro, funt və neft qiymətlərində bahalaşma müşahidə edilir.

Brent nefti 5% bahalaşıb

Foreks: Dollarda qeyri-müəyyənlik. 

Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatının gələcəyi və beləliklə, dolların gələcək trendi fonunda qeyri-müəyyənlik qalmaqdadır. Cari vəziyyətin maliyyə bazarlarında fevral ayına kimi davam edəcəyi gözlənilir.


Avro və Funtda bahalaşma proqnozları. 

Belə bir şəraitdə avrofuntun qiymətlərində bahalaşma müşahidə edilir. Təhlillərə əsasən EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.14 və 1.29$-ın üzərində möhkəmlənərsə, 2%-ə kimi bahalaşa biləcəkləri proqnozlaşdırılır.


Brent nefti 5% bahalaşıb. 

Enerji bazarlarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti cari həftə ərzində 62$-a kimi 5% dəyər qazanıb və 64$-a kimi də bahalaşa bilər.